19 Yanvar 2022 10:13
2 068
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serbiya Prezidenti Aleksandr Vuçiç rəsmi qarşılanma mərasimində küləyin qaldırdığı xalçanı düzəldən prezident ofisinin əməkdaşlarını Prezident Rəcəb Tayyib Ərdoğana tərifləyib.

Teleqraf.com xəbər verir ki, Vuçiç dünən Türkiyəyə səfəri ilə əlaqədar Prezident Sarayında Ərdoğan tərəfindən rəsmi mərasimlə qarşılanıb.

Paytaxtdakı əlverişsiz hava şəraiti ilə əlaqədar mərasim zamanı qırmızı xalçalar qalxıb. Bu zaman xalçaları operator, fotoqraflar və digər məsul şəxslər düzəldiblər.

Təkbətək görüş zamanı rəsmilərin həssaslığı ilə bağlı Prezident Ərdoğana danışan Vuçiç deyib:

“Bu, heç bir ölkədə görmədiyim bir şeydir. Qarşılanma mərasimində külək xalçaları qaldıranda bu işi görən heç kim olmur. Baxdım ki, fotoqrafla operatorlar əl-ələ verib hamısı bir yerdə xalçanı düzəltdilər. Bu onların dövlətinə, sizə olan sevgisidir”.

Prezident Ərdoğan Vuçiçin sözlərini təbəssümlə qarşılayıb.


Müəllif: Mənsur Rəğbətoğlu