19 Yanvar 2022 13:25
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın cənub-qərbində yerləşən Buşehrdə erməni Qriqoryan kilsəsi əsaslı təmir edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Tehran Times” xəbər verib.

Erməni məbədinin ərazisinin abadlaşdırılması və təmizlənməsi proqramı başa çatıb və indi yerli hakimiyyət orqanları yaxın vaxtlarda tarixi abidəni ziyarətçilərin ixtiyarına verməyi planlaşdırır. Monastrın köhnə tikilisi, həyəti və digər otaqları yenidən qurulub. Bundan əlavə, məbədin ərazisindəki qəbir daşlarının sənədləşdirilməsi işləri aparılır.

Məqalədə qeyd olunub ki, Buşehr erməni kilsəsi liman şəhərinin mühüm və əlamətdar tarixi abidələrindən biridir.

Məqalədən qeyd edilir ki, İranda çoxlu kilsə var.

“Tehran Times” və erməni mətbuatı iddia edir ki, Şərqi Azərbaycan və Qərbi Azərbaycan əyalətlərindəki olan bəzi “kilsələr” 2008-ci ildə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib”.

Əlavə edilir ki, Buşehr erməni kilsəsi Qacarlar sülaləsi dövründə (1795-1925) Avadyan ailəsi tərəfindən tikilib.


Müəllif: Nemət

Oxşar xəbərlər