19 Noyabr 2014 23:42
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ebola" virusundan ölənlərin sayı 5 420 -ə çatıb.

Teleqraf.com-un "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) noyabrın 16-a olan məlumatına əsasən, xəstəliyə 15 mindən çox insan yoluxub.

Təkcə Sierra-Leone-də 533 yeni yoluxma faktı aşkarlanıb. Xəstəliyə ən çox yoluxma və ölüm halları Qvineya, Liberiya və Sierra Leonedə qeydə alınıb.


Müəllif: