Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüşə öz ərazisində ev sahibliyi etmək istəyini təsdiqləyib.
Teleqraf.com-un məlumatına görə, Ərdoğan bəyan edib ki, rəsmi Ankara Rusiya ilə Ukrayna arasında müharibə mühitinin formalaşmasına təəssüflənir:
“Putinlə Zelenski arasında görüş keçirməyi nəzərdə tuturuq. Gələn ayın əvvəlində mənim Ukraynaya səfərim olacaq”.
Onun sözlərinə görə, regionda sülh və sabitliyin təmin olunması üçün Putinlə təmasları davam etdirəcək.