Hollandiya vətəndaşı olan 19 yaşlı Aiça İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının döyüşçüsü Ömər Yılmazla evlənmək üçün Rakkaya yol düşüb.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, ehtiyatda olan əsgər Yılmazla nikaha girmək üçün Aiça bu ilin fevral ayında Maastrixtdəki evindən qaçıb.
Aiçanın anası Monique Hollandiyada özəl televiziya kanallarından birinə verdiyi açıqlamada qızının bu hərəkətindən az sonra xəbər tutduğunu və onların sosial media üzərindən ünsiyyət qurduğunu öyrəndiyini deyib.
Hollandiya polisi Aiçanın pasportuna əl qoysa da, 19 yaşlı qız Türkiyəyə, oradan isə Suriyaya keçə bilib. Oktyabr ayında Türkiyəyə gələn Monique qızının yardım istəməsinin ardından Rakkaya gedib və Aiçanı İŞİD döyüşçülərinin əlindən xilas edib.
Araşdırmalar zamanı məlum olub ki, Yılmaz Aiça ilə evləndikdən bir müddət sonra onu başqa bir İŞİD döyüşçüsünə satıb. Ancaq həmin terrorçu döyülərin birində öldüyündən Aiça yenidən Yılmazın yanına qayıtmalı olub.
Samir