ABŞ-ın Kanzas ştatında Prezidenti Co Baydeni öldürməklə hədələyən bir şəxs saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Nyu-York Post” məlumat yayıb.
Məlumata görə, Skott Merriman adlı şəxs Kanzas polisinə zəng edərək bildirib ki, o, Vaşinqtona prezidentlə insanların ölkədəki parçalanmadan bezdiyini və onu Tanrının yanına göndərəcəyini söyləməyə gedir. Bundan başqa, o, Amerika prezidentini öldürmək əmrini Tanrıdan aldığını iddia edib.
Polislər Merrimanı Kanzasdan Merilendə gedərkən restoranın dayanacağında saxlayıblar.
Yanvarın 28-də ona qarşı cinayət işi açılıb.