1 Fevral 2022 20:45
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Sistan-Bəlucistan əyalətinin Səravan şəhərində yerləşən kəşfiyyat qərargahı qarşısında silahlı qarşıdurma baş verib.

Teleqraf.com xəbər verir ki, olay zamanı qərargahın əməkdaşlarına atəş açan şəxs öldürülüb.

Hadisədə yaralanan başqa bir nəfərin də, yaralandıqdan sonra açılan növbəti atəşlə öldürülüb.

Bəluc fəalların yaydığı məlumata görə, öldürülən 26 yaşlı Sadiq Nəzəri adlı şəxs motosikletlə kəşfiyyat qərargahının qarşısından keçərkən oranın əməkdaşları tərəfindən təhqir edilib. Məlumatda mübahisədən sonra tərəflər arasında atışmanın başladığı deyilib.

Qərargahın əməkdaşlarına tapançadan açdığı atəşə qarşı tərəfdən 6 güllə ilə cavab verilib. Bu isə onun həyatı bahasına başa gəlib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər