“Avropa Birliyində Rusiya ilə müharibəyə girmək istəyən lider yoxdur”.
Teleqraf.com xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.
Viktor Orban Qərb ölkələri ilə Rusiya arasındakı gərginliyə diqqət çəkib:
“Avropa Birliyində Rusiya ilə müharibəyə girmək istəyən lider yoxdur. Qərblə Rusiya arasında gərginliyi azaltmaq üçün bütün diplomatik vasitələrdən istifadə etmək vacibdir. Macarıstan Qərb ölkələri ilə Rusiya arasında gərginliyin azaldılmasında, eləcə də “soyuq müharibə”nin qarşısının alınmasında maraqlıdır”.