Belarusun baş naziri Roman Qolovçenko bəyan edib ki, Litva Belarusdan kalium daşıyan qatarların keçməsinə icazə vermir.
Teleqraf.com xəbər verir ki, Qolovçenko mətbuata açıqlamasında Litvanın artıq Klaypeda limanına kalium daşıyan qatarları gəmilərə yükləmək üçün qəbul etmədiyini bildirib.
Bu addıma sərt cavab vermək niyyətində olduqlarını qeyd edən Qolovçenko deyib ki, artıq qərar verilib və bu, Litva istiqamətindən gələn qatarları əhatə edəcək.
Bu mövzuda Litvaya dialoq təklif etdiklərini deyən Belarus baş naziri söyləyib ki, hüquqi sahədə danışıqlar aparmağı və əlaqələrin gələcəyini müəyyən etmək təklifi verilib.