3 Fevral 2022 09:54
1 179
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Xarici işlər naziri Dmitri Kuleba ölkəsinin İsraildən hava hücumundan müdafiə sistemləri almaq istədiyini bildirib.

Teleqraf.com xəbər verir ki, Kuleba İsrailin müdafiə texnologiyaları, xüsusilə hava hücumundan müdafiə sistemləri ilə maraqlandıqlarını deyib.

O, Ukraynanın bu sahədə İsraillə əməkdaşlığa hazır olduğunu açıqlayıb.

İsrailin Rusiya ilə ölkəsi arasında diplomatik vasitəçi rolunu oynaya biləcəyini söyləyən Kuleba Kiyevin bundan məmnun qalacağını qeyd edib.

Ukraynanın bundan əvvəl də, bir neçə dəfə İsrailin müdafiə və “Dəmir künbəz” sistemlərini almağa maraq göstərdiyi bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər