20 Noyabr 2014 19:02
997
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada Donbass separatçıları tərəfindən əsir götürülmüş hərbçilərin bir hissəsi düşmən tərəfinə keçib.

Bu haqda "112 Ukrayna" telekanalının efirində Əsirlərin Azad Olunması Mərkəzinin rəhbəri Vladimir Ruban məlumat verib.

Teleqraf.com-un məlumatına görə, o, bildirib ki, hazırda separatçılar 650 Ukrayna hərbçisini əsir saxlayır:

"Dəqiqləşdirilmiş siyahıya görə, qarşı tərəfdə əsirlərin sayı 650 nəfərdən çox deyil. Anlamaq lazımdır ki, bu siyahıda "LXR" və "DXR" tərəfinə keçən insanlar da var. Biz həmin şəxsləri əsirlərin siyahısından çıxarırıq.

"DXR" müdafiə naziri ilə əldə olunan razılaşmaya görə, yaxın müddətdə 40-ın 40-a nisbətində əsirlərin bir hissəsi də dəyişdiriləcək. Bundan sonra bir müddət sakitlik olacaq və çox ehtimal ki, prosesin davam etdirilməsi üçün yeni şərtlər irəli sürüləcək”.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər