Ukrayna Türkiyədən yeni pilotsuz uçuş aparatları almaq niyyətində olduğunu bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə cümə axşamı Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altun Türkiyə və Ukrayna arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar “Bloomberg” agentliyinə müsahibəsində bildirib.
“Keçən il Ukrayna ilə Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 59% artaraq 7,1 milyard dollara çatıb. Müdafiə sənayesi qarşılıqlı əlaqələrdə irəliləyiş əldə edilən sahələrdən biridir. Ukrayna bu günə qədər 12 türk pilotsuz uçan aparatı alıb, həmçinin Baş Qərargah rəisi tərəfindən yeni aparatlar almaq niyyətini dilə gətirib”, - deyə Fəxrəddin Altun qeyd edib.