“Bu gərgin vəziyyətdə Gürcüstan adından dostumuz Ukrayna ilə tam həmrəy olduğumuzu bildirmək istərdim, çünki indiki təhdidlər əslində bütövlükdə Avropanın təhlükəsizliyinə təhdiddir, Avropanın təhlükəsizliyi həm də bizim təhlükəsizliyimizdir”.
Teleqraf.com xəbər verir ki, bunu Tiflisdə polşalı həmkarı Anjej Duda ilə görüşündə Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.
Zurbişvili Rusiyanı təxribatçılıqda ittiham edib.
Onun sözlərinə görə, aqressiv davranışlar, təhdidlər, kiberhücumlar və ya Ukrayna sərhədində hərbi qüvvələrin artırılması, Qara dənizə əlavə hərbi qüvvələrin səfərbər edilməsi – bütün bunlar Rusiyanın təxribatçı siyasət yürütdüyünü göstərir.
Zurabişvili gərginliyin yalnız dinc yolla həll edilməli olduğunu vurğulayıb.
Ukraynanın suverenliyinin qorunması lazım olduğunu bildirən Gürcüstan prezidenti Rusiyanın ölkəsinə qarşı da təcavüzkar siyasət tətbiq etdiyini xatırladıb.