6 Fevral 2022 09:25
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya üzərindəki soyuq hava təzyiqi Hokkaydo adasından başlayaraq Çyuqoku regionunadək Yapon dənizi sahillərinə güclü qar gətirib.

Teleqraf.com xəbər verir ki, fevralın 6-da səhər saatlarında Niiqata və Naqano prefekturalarına 80 santimetr qalınlığında qar yağıb. Yerli vaxtla səhər saat 9-a olan məlumata görə, Niiqata prefekturasının Tsunan şəhərinə 342 santimetr, Naqano prefekturasının Nozavaonsen kəndinə isə 262 santimetr qar düşməsi qeydə alınıb.

Hokkaydo adasında yerləşən Sapporo şəhərinə isə 108 santimetr qalınlığında qar yağdığı bildirilir. Sonuncu dəfə bu şəhərə 2014-cü ildə bir metrdən çox qar yağıb.

Sinoptiklərin proqnozuna görə, fevralın 7-də səhər saatlarınadək Kansay regionunun şimalına, Niiqata və Qifu prefekturalarına 60 santimetr qar yağacağı bildirilir.

Güclü qar səbəbindən ictimai nəqliyyatın hərəkətində və elektrik enerjisinin verilişində fasilələr yaranacağı barədə əhaliyə xəbərdarlıq edilib. Sakinlərdən qar uçqunlarına və binaların damlarından düşə biləcək qara qarşı diqqətli olmaları xahiş edilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər