6 Fevral 2022 16:27
1 227
12 Punto 14 Punto 16 Punto 18 Punto

100-dən çox elit Britaniya xüsusi təyinatlısı Ukrayna təhlükəsizlik qüvvələrinə mübarizə taktikası, snayperçilik və təxribat mövzusunda təlim keçmək üçün Kiyevə göndərilib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Daily Mirror” qəzeti mənbəyə istinadən məlumat yayıb.

“Ukrayna Silahlı Qüvvələrinə kömək və təlim üçün bölgəyə Böyük Britaniyanın Xüsusi Təyinatlı Qüvvələri yerləşdirilib” - mənbə bildirib.

Xüsusi Hava Xidməti (SAS), Xüsusi Qayıq Xidməti (SBS), Xüsusi Kəşfiyyat Alayının və Xüsusi Qüvvələrə Dəstək Qrupunun britaniyalı hərbi təlimatçıları artıq Ukraynada fəaliyyətə başlayıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər