8 Fevral 2022 10:09
1 621
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Ukrayna arasında gərginlik davam etdiyi vaxt ABŞ-ın məsələ ilə bağlı bəzi açıqlamalarını dəyişmək cəhdləri diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays jurnalistin “Hökumət Rusiyanın Ukraynaya hücumunun zaman məsələsi olduğunu bildirir. Bu, nə qədər vaxt apara bilər?” sulına təkzibedici cavab verib.

“Biz heç vaxt hücumun qaçılmaz olduğunu deməmişik. Demişik ki, Vladimir Putin işğal etmək qərarına gələrsə, öz qüvvələrini istənilən vaxt buna hazır vəziyyətə gətirə bilər. Bu, bir gün olacaq, iki həftə olacaq, amma o nöqtəyə gəliblər. Deməli, oradakı sadəcə zaman məsələsi qaçılmaz son deməkdir”, - Prays deyib.

Jurnalistin “Yəni hökumətdən heç kim işğalın zaman məsələsi olduğunu deməyib?” sualına isə Prays belə cavab verib: “Potensial olaraq zaman məsələsi olduğunu deyə bilərlər”.

Onun sözlərinə görə, işğal qaçılmaz olsaydı, ABŞ diplomatiya və dialoqa üstünlük verməzdi.

Bundan əvvəl ABŞ prezidentinin müşaviri Cek Sallivan Rusiyanın Ukraynaya hücumunun zaman məsələsi olduğunu bildirib.

Ağ Evin sözçüsü Cen Psaki də Rusiyanın istənilən vaxt Ukraynanı işğal edə biləcəyini deyib.

ABŞ Prezidenti Co Bayden isə bir müddət əvvəl Rusiyanın Ukraynanı fevralda işğal edə biləcəyini demişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər