21 Noyabr 2014 01:52
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fələstində Qəzza zolağında əldə olunan atəşkəsdən sonra bir müddət səngiyən gərginlik yenidən kəskinləşib. Belə ki, İsrail hərbçiləri noyabr ayı ərzində Qüds ətrafında ciddi səbəb göstərməsən yüzlərlə fələstinlini həbs ediblər.

Teleqraf.com-un məlumatına görə, Fələstin Əsirlər Cəmiyyətindən edilən yazılı açıqlamada saxlanılanların dəqiq siyahısı açıqlanıb. İsrail əsgərləri noyabr ayında bu ana qədər Qüdsdə çoxu 18 yaşa çatmamış 190, Əl-Halildə 70, Beytullahımda 24, Döldə 18, Tulkermdə 14, Nablusda 14, Ramallahda 32, Qalxılada 4, Selfitdə 5, Tubasda 9 şəxsi nəzarətə götürüblər.

Qərb Şəriyənin müxtəlif şəhərlərində son olaraq 21 adam nəzarətə alınıb. Beləliklə, həbs olunanların sayı 401-ə çatıb.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər