Geomaqnit qasırğası nəticəsində Günəşdə baş verən partlayışdan yaranan şok dalğası Yerin atmosferinə çırpılaraq, atmosferin sıxlığına təsir edib. Bu səbəbdən “SpaceX” bunun kosmosa göndərilən 49 peykdən 40-a yaxınının yanmasına və digər problemlərlə üzləşməsinə səbəb olacağını açıqlayıb.
Teleqraf.com xəbər verir ki. İlon Maskın peyk internet xidməti “Starlink” yanvarın ortalarında kosmosa 1500-ü orbitdə olmaqla 2000-dən çox peyk buraxıb.
Maska məxsus kosmos və aviasiya şirkəti “SpaceX”-lə əlaqəli olan “Starlink” bəzən bədbəxt olaylarla gündəmə gəlir. Şirkət ötən həftə Günəşdə baş verən partlayış nəticəsində yaranmış geomaqnit qasırğası səbəbiylə orbitə çıxardığı peyklərin çoxunu itirə biləcəyini açıqlayıb.
Şirkət öz internet saytında bildirib ki, qasırğanın sürəti və şiddəti səbəbindən atmosferə qarşı təzyiq əvvəlki buraxılışlarla müqayisədə 50 faiz artıb. Fevralın 3-də kosmosa 49 yeni “Starlink” peyki göndərən şirkət bundan bir gün sonra Yerin xarici atmosferini geomaqnit qasırğasının vurduğunu bildirib.
Geomaqnit qasırğası nəticəsində Günəşdə baş verən partlayışdan yaranan şok dalğası Yerin atmosferinə çırpılaraq, atmosferin sıxlığına təsir edib. Bu səbəbdən “SpaceX” bunun göndərilən 49 peykdən 40-a yaxınının öz müvazinətini itirməsinə və yanmasına səbəb olacağını açıqlayıb.
Ötən həftə baş verən geomaqnit qasırğası atmosferin istiləşməsinə səbəb olub. Buna görə də, peyklərin yerləşdiyi hündürlükdə atmosferin sıxlığı artıb. Bu, “Starlink” peyklərinin nəzarətsiz şəkildə Yerin atmosferinə daxil olmasına və yanaraq məhv olmasına səbəb olacaq.