11 Fevral 2022 22:43
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya və ABŞ arasında nüvə müharibəsi bu ölkələrin tam məhvinə gətirib çıxara bilər”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Raket və Artilleriya Elmləri Akademiyası prezidentinin müavini Konstantin Sivkov müəllifi olduğu məqalədə deyib.

Müəllifin “Qiyamətə gedən yol” adlı məqaləsində Vaşinqtondan gələn nüvə təhlükəsinə Moskvanın verə biləcəyi dörd cavabdan bəhs olunub.

Birinci variant Rusiyanın ABŞ və müttəfiqlərinə qarşı qabaqlayıcı nüvə zərbəsi endirməsini nəzərdə tutur.

“Bu halda, demək olar ki, bütün döyüş başlıqları öz hədəflərinə çatacaq və Birləşmiş Ştatlar bir dövlət olaraq mövcudluğunu itirəcək”,- deyən ekspert cavab zərbəsinin qabaqlayıcı zərbədən cəmi 30-40 faiz zəif olacağını iddia edib. O, qabaqlayıcı zərbənin Rusiyaya böyük ziyan vuracağını bildirib.

İkinci variant Amerikanın Rusiyanın strateji nüvə qüvvələrinin (SSS) adi silahlarla məhv edilməsi ilə bağlıdır. “Düşmən bizim nüvə potensialımızın yalnız kiçik bir hissəsini - 10-12 faizdən çoxunu zərərsizləşdirəcək. ABŞ üçün belə bir addımın nəticələri birinci variantda olduğu kimi, fəlakətli olacaq”, - müəllif vurğulayıb.

Üçüncü variant cavab nüvə zərbəsidir ki, bu halda Rusiyanın nüvə potensialının 40-50 faizindən 70-75 faizinə qədəri iştirak edə bilər. Onun sözlərinə görə, qarşılıqlı zərbələr nəticəsində hər iki ölkə faktiki olaraq yox olacaq.

Dördüncü variant da cavab nüvə zərbəsini nəzərdə tutur.

“Etiraf etmək lazımdır ki, Rusiya üçün ən çox ehtimal olunan variant bu olacaq. Bu halda, müxtəlif hesablamalara görə, Rusiya döyüş başlıqlarının ilkin sayının 15-20-dən 25-30 faizinə qədəri ABŞ ərazisindəki hədəflərə çata biləcək. Bu da Amerika iqtisadiyyatının əksər hissəsini məhv edəcək, hamısını yox”.

Sivkov qeyd edib ki, Rusiya və ABŞ arasında nüvə müharibəsi nəticəsində Çin, Hindistan və Braziliya kimi ölkələr dünya liderlərinə çevriləcək. Onun fikrincə, Rusiya və Amerika ərazilərindəki müharibənin nəticəsi “nüvə qışı”nın yox, “nüvə payızının” başlanğıcı olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər