12 Fevral 2022 12:18
1 129
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden fevralın 16-nı Rusiyanın Ukrayna işğalının başlama tarixi elan edib.

Teleqraf.com “Politico”ya istinadən xəbər verir ki, o, bu tarixi Qərb ölkələri, Avropa İttifaqı və NATO liderləri ilə danışıqlar zamanı verib.

Bir neçə ABŞ rəsmisi nəşrə açıqlamasında prezidentin açıqlamasını təsdiqləyib. Vaşinqtonun müttəfiqlərinə raket zərbələri və kiberhücum barədə xəbərdarlıq etdiyi vurğulanıb.

Danışıqlardan dərhal sonra Avropa Birliyi ölkələri öz vətəndaşlarına Ukraynanı tez bir zamanda tərk etməyi tövsiyə edib. Cənubi Koreya yanvarın 13-dən soydaşlarına Ukraynaya getməyi qadağan edib. Britaniya səfirlik işçilərinin təxliyə edildiyini açıqlayıb. ABŞ-ın da bu addımı atmağa başladığı bildirilib.

“Blumberq” isə işğalın fevralın 15-də başlayacağını yazıb. Anonim mənbələrə görə, Rusiyanın atacağı addım Donbasda təxribat və ya Kiyevə hücum ola bilər. Amma onlar iddialarını təsdiq edəcək heç bir sübut təqdim etməyiblər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər