15 Fevral 2022 19:13
1 196
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Ukrayna arasında gərginlik günbəgün artır. Bölgədəki hərbi qüvvələrinin sayını artıran Rusiyanın hər an hücuma keçə biləcəyi iddia edildiyi vaxtda Ukraynanın tatar əsilli xarici işlər nazirinin müavini Əminə Cabbarovanın Qüdsdə tətildə olduğu üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, xanım diplomatın Qüdsdən paylaşdığı fotolar ölkəsində etirazla qarşılanıb.

Rusiya və Ukrayna arasındakı gərginlik bütün dünyanın bir nömrəli gündəm mövzusudur. ABŞ Rusiyanın ən kiçik fürsətdə Ukraynaya hücum edəcəyini bildirsə də, Rusiya bunu təkzib edir. Bununla belə, Rusiyanın Ukrayna sərhədindəki hərbi qüvvələrin sayını artırması da diqqətdən yayınmır.

Bir çox zəngin ukraynalı şəxsi təyyarələri ilə ölkəni tərk edib, Prezident Vladimir Zelenski isə ölkəsində olduğunu və sona qədər mübarizə aparacağını açıqlayıb. Zelenski ölkədən gedən 24 deputatı mümkün qədər tez Ukraynaya qayıtmağa çağırıb.

Gərginliyin pik həddə olduğu vaxt Ukrayna xarici işlər nazirinin müavini Əminə Cabbarovanın Qüdsdə tətildə olduğu üzə çıxıb. Cabbarova Qüdsdəki fotolarını kilidli şəxsi İnstaqram hesabından paylaşıb. Xanım diplomat həm Qüds şəhərinin mərkəzindən, həm də Mar Sabadan fotolar yayımlayıb.

Nazir müavinin bu addımı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Tatar əsilli Cabbarova əvvəllər televiziyada müxbir işləyib.

Həmin fotoları təqdim edirik:


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər