Rusiya müdafiə naziri Sergey Şoyqu Suriyaya səfər edib.
Teleqraf.com xəbər verir ki, nazir Dəməşqdə Suriya Prezidenti Bəşər Əsədlə görüşüb və bu ölkədəki Rusiya hərbi bazalarına baş çəkib.
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Şoyqunun Tarsusdakı rus hərbi dəniz bazasına baş çəkdiyi və Aralıq dənizinin şərqində Rusiya donanmasının təlimlərini izlədiyi bildirilib.
Təlimlərə 140 gəmi, 60 təyyarə, 1000 hərbi texnika və 10 min hərbçi qatılıb. Bundan sonra Şoyqu Rusiyanın Latakiya əyalətindəki Xmeymim bazasında yoxlamalar aparıb və komandirlərlə görüşüb.
Şoyqunun Bəşər Əsədlə də görüşdüyü deyilib.