16 Fevral 2022 12:27
495
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məzuniyyətini planlaşdıra bilməsi üçün Qərb mediasına “işğal qrafikini açıqlamaq” xahişi ilə müraciət edib.

Teleqraf.com xəbər verir ki, M.Zaxarova bu barədə Teleqram kanalında yazıb.

“ABŞ və Britaniya kütləvi dezinformasiya vasitələri – “Bloomberg”, “The New York Times”, “The Sun” və digərləri – bizim gələn il üçün “işğal” qrafikini elan etməyinizi xahiş edirəm. Məzuniyyətimi planlaşdırmaq istəyirəm”, – deyə o qeyd edib.

Bundan əvvəl Britaniyanın “The Sun” və “The Mirror” nəşrləri ABŞ kəşfiyyatının məlumatlarına istinadən yazmışdılar ki, “Ukraynaya müdaxilə” fevralın 16-na yerli vaxtla saat 03:00-a planlaşdırılıb.

Bu məlumatı şərh edən Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ukraynalılara təklif etmişdi ki, zəngli saatı qursunlar və bu bəyanatların yalan olduğuna özləri şahidlik etsinlər.

Daha sonra “The Sun” materialı redaktə edərək “gecənin insidentsiz keçdiyini” qeyd edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər