17 Fevral 2022 10:13
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya mətbuatı Ukraynanın atəşkəsi pozaraq müstəqilliyini elan edən “Luqansk Xalq Respublikasının” 4 bölgəsinə minaatanlarla hücum etdiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Birgə Nəzarət və Koordinasiya Mərkəzinin məlumatına görə, Ukrayna ordusu cümə axşamı saat 02:30-da “Luqansk Xalq Respublikasının” dörd bölgəsinə minaatan və qumbaraatanlarla hücum edib.

ABŞ mətbuatına anonim danışan yüksək rütbəli məmur isə bildirib ki, dünən Rusiya hökuməti qoşunlarını Ukrayna sərhədindən çıxardığını söyləsə də, bu iddia doğru deyil.

Britaniyanın müdafiə kəşfiyyatının rəhbəri Vladimir Putinin sülh istədiyini iddia etməsinə baxmayaraq, Rusiyanın Ukrayna sərhəddində öz qüvvələrini saxlamaqda davam etdiyini açıqlayıb. General Cim Hokenhull Rusiyanın geri çəkildiyinə dair heç bir işarənin olmadığını, əksinə sərhəddəki qoşunların gücləndirildiyini bildirib.


Müəllif: Nemət