18 Fevral 2022 10:24
1 920
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kreml ilə Vaşinqton arasında Ukrayna zəminində gərginlik davam edərkən, Rusiya bankları ABŞ-dakı hesablarından nağd pullarını çıxarıblar.

Teleqraf.com xəbər verir ki, Rusiya Mərkəzi Bankının statistikasına görə, ölkəyə bir təyyarə Amerika dolları gətirilib.

Qərb ölkələrinin beynəlxalq pul köçürmələri sistemi SWIFT-ə girişi əngəlləyəcəyindən narahat olan Rusiyaya təkcə ötən ilin dekabrında köçürülən nağd pulun məbləği 4 milyard 970 milyon dollar təşkil edib.

Rusiya mətbuatı özəl bankların xaricdəki aktivlərini girov qoyaraq ABŞ Federal Ehtiyat Sisteminə bu məbləği sifariş etdiyini yazıb. Valyutanın 100 dollarlıq əskinas şəklində daşındığını nəzərə alsaq, göndərilən pulun ümumi çəkisi 50 ton hesablanıb. Bu çəkidə bir yükü daşımaq üçün nəhəng yük təyyarəsi lazımdır.

Qeyd edək ki, Rusiya özəl bankları 2014-cü ildə Krımın işğalı zamanı da və həmin ilin mart-dekabr dövründə ölkəyə gətirilən nağd pulun həcmi 19 milyard dollar olub.

Xatırladaq ki, hazırda Vaşinqton və Moskva arasında ittihamlar davam edir.


Müəllif: Nemət

Oxşar xəbərlər