19 Fevral 2022 12:20
1 227
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin hərbi xidmət keçməli olan ehtiyatda olan vətəndaşların hazırlanması ilə bağlı fərman imzalayıb.

Teleqraf.com xəbər verir ki, Rusiya təhlükəsinə qarşı NATO və ABŞ-dan dəstək alan Ukraynaya qarşı Moskva da silsilə hazırlıqlarını davam etdirir. Bunların sırasında ehtiyatda olan əsgərlərin hazırlanması da var.

Putinin Rusiya Hüquq İnformasiya İnternet Portalında dərc olunan qərarına əsasən, Rusiya Silahlı Qüvvələrində, Rusiya Milli Qvardiyasında, dövlət təhlükəsizlik orqanlarında və Federal Təhlükəsizlik Xidməti müəssisələrində hərbi xidmət üçün ehtiyatda olan Rusiya Federasiyası vətəndaşları təlimə çağırılıb.

Bundan əlavə, qərarla nazirlər şurası və federal vilayətlərin administrasiyalarına vəzifəli vətəndaşları hərbi təlimə çağırmaq və bununla bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.

Rusiya Federal Qanunlarına görə, vəzifəli şəxslər 3 ildə bir dəfədən çox təlimə çağırıla bilməzlər.


Müəllif: Nemət

Oxşar xəbərlər