İranda ötən sutka ərzində 16 967 nəfər koronavirusa (COVID-19) yoluxub, 242 nəfər ölüb.
Teleqraf.com xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
İranda indiyədək 6 489 920 nəfər koronavirusdan sağalıb, 46,6 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda 139 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 62,1 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 55,1 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 22,2 milyon təşkil edir.