İtaliyanın Avstraliyadakı səfiri Françeska Tardiolu vətənində tətildə olarkən eyvandan yıxılaraq ölüb.
Teleqraf.com xəbər verir ki, hadisə fevralın 19-da baş verib.
Məlumata əsasən, F.Tardiolinin ölümü ilə bağlı aradşrıma aparılır.
"La Stampa" qəzeti hadisənin bədbəxt hadisə olmadığını, 56 yaşlı diplomatın depressiyadan əziyyət çəkdiyini iddia edib.
Kanberradakı səfirlik "gözəl insan, peşəkar diplomat və insan haqları müdafiəçisi"nin vaxtsız vəfatı ilə bağlı başsağlığı verib.
F.Tardioli 2019-cu ilin sentyabrından Kanberrada səfir vəzifəsində çalışır. O, ingilis və fransız dillərini mükəmməl, alman və ispan dillərini isə yaxşı bilirdi.