Böyük Britaniyanın Baş naziri Boris Conson Rusiyaya qarşı iqtisadi sanksiyalar paketini ölkənin Nümayəndələr Palatasına təqdim edir. Günün davamı olaraq siyasətçi sanksiyalar paketini parlamentə təqdim edəcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Conson sərt sanksiyaların Rusiya biznesinin maraqlarına toxunacağını, təkcə Donbas, Luqansk və ya Donetskə qarşı yönəlməyəcəyini vurğulayıb.
Söhbət Rusiyanın beş bankına və bəzi fiziki şəxslərin aktivlərinə qarşı sanksiyalardan gedir.
“Böyük Britaniya müttəfiqləri ilə birlikdə Rusiyaya qarşı hazırladığı sanksiyaları tətbiq edəcək. Bu, Kremli dayandırmaq üçün görünməmiş yeni güc olacaq. Bunlar Rusiyanın 5 böyük bankına qarşı sanksiyalardır. Biz Gennadi Timçenkoya, Rotenberqlərə qarşı sanksiyalar tətbiq edirik və onların Birləşmiş Krallıqda sahib olduqları şeylər dondurulacaq”, - Conson bildirib.
Baş nazir əlavə edib ki, Böyük Britaniya onlarla istənilən işgüzar əlaqələri məhdudlaşdıracaq sanksiyalar hazırlayacaq: “Bu, etməyə hazır olduğumuz işin ilk addımıdır”.
Consonun sözlərinə görə, Böyük Britaniya da NATO tərəfdaşlarının müdafiəsini dəstəkləyəcək: “Biz artıq Estoniya və Münxendəki varlığımızı ikiqat artırmışıq. NATO-dan belə tələblər olarsa, biz daha çox Britaniya əsgəri göndərməyə hazır olacağıq”.