23 Fevral 2022 10:51
1 027
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ və NATO Rusiyanı hərbi yolla məhv etməyə çalışır, Putinə tam dəstək verirəm”.

Teleqraf.com xəbər verir ki, Venesuela Prezidenti Nikolas Maduro Ukrayna və Rusiya arasındakı böhranla bağlı açıqlama verib.

Rusiya Prezidenti Vladimir Putini dəstəklədiyini bildirən Maduro söyləyib:

“Rusiya və Ukrayna arasında baş verənləri izləyirik. Amma təkcə hazırda yox, ABŞ və NATO uzun müddətdir Rusiyanı hərbi yolla məhv etmək, onu dayandırmaq və çoxqütblü dünya nizamına son qoymaq istəyir. Venesuela həmişə Putinin və Rusiyanın yanında olacaq. Prezident Putinə tam dəstək, Rusiyaya tam dəstək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər