“Ukrayna ordusu ölkəni düşməndən müdafiə və hücumları isə dəf edir”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə naziri Aleksey Reznikov deyib.
“Əziz ukraynalılar! Düşmən şərqdəki bölmələrimizi, eləcə də digər rayonlardakı hərbi idarəetmə mərkəzlərini və aerodromları intensiv atəşə tutmağa başlayıb. Ukrayna ordusu rus qoşunlarından ölkəni müdafiə edir və onların hücumunu dəf edir. Ordumuz sizi qorumaq və təcavüzkara keçmək şansı verməmək üçün hər şeyi edir”, - Reznikov bildirib.
“Vəziyyət nəzarət altındadır, lakin ordumuz indi həmişəkindən daha çox sizin dəstəyinizə ehtiyac duyur. Sizin rahatlığınız və Ukrayna Silahlı Qüvvələrinə inamınız hazırda ən yaxşı köməkdir! Biz vəziyyətlə bağlı operativ məlumat verəcəyik”, - Reznikov əlavə edib.
Müdafiə naziri insanları sakit olmağa və evlərində qalmağa çağırıb.