21 Noyabr 2014 22:34
1 194
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD ələ keçirdiyi bölgələrdə, xüsusən, Mosulda ərəbləşmə siyasəti həyata keçirir. Əhalinin böyük bir qisminin işğal nəticəsində məzhəbinə, dininə və milli mənsubiyyətinə görə didərgin salınması, məşəqqətlərə düçar edilməsi bununla ciddi ittihamların səslənməsinə səbəb olub.

Teleqraf.com-un "TRT Haber"ə istinadən məlumatına görə, müvafiq açıqlama ilə Kürdüstan Muxtariyyətinin təmsilçiləri çıxış ediblər.

Kürdüstan Demokrat Partiyası nümayəndəsi Said Məmuzini bununla bağlı bəyanat yayaraq, İŞİD-in nəzarəti altında olan Beyci və Ramadi rayonlarından köçürülən 218 ərəb ailəsinin Mosulda yerləşdirildiyini bildirib.

Məmuzini onu da vurğulayıb ki, kürd kəndlərinə yerləşdirilən ərəblər silahlandıraraq peşmərgə qüvvələrinə qarşı istifadə olunur. Kürd rəsmisi İŞİD-in müharibəyə getməyən gəncləri təhdid etdiyini və 1200 dollar məbləğində cərimələdiyini söyləyib..

Xatırladaq ki, İraqın sabiq lideri Səddam Hüseyn dövründə də kürd və türk bölgələrində ərəbləşdirmə siyasəti gerçəkləşdirilirdi. O zaman yerli azərbaycanlılar - türkmanlar müxtəlif vasitələrlə mühacirətə vadar edilirdi.

Müqayisə üçün qeyd etmək yerinə düşər ki, 1960-cı ildə Kərkük əhalisinin 95 faizini türklər təşkil edirdi. Lakin 20 il sonra ayrı-seçkilik və assimilyasiya tədbirləri nəticəsində bu rəqəm 75 faizə qədər azalmışdı.


Müəllif: