Rusiyanın Böyük Britaniyadakı səfiri Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Teleqraf.com xəbər verir ki, Rusiyanın Britaniyadakı səfiri Andrey Kelindən izahat tələb olunub.
“Rusiya səfirini mənimlə görüşmək və Rusiyanın Ukraynaya qanunsuz, əsassız işğalını izah etmək üçün çağırdım. Biz ciddi sanksiyalar tətbiq edəcəyik və digər ölkələrlə birgə Ukraynaya dəstək olacağıq”, - deyə Britaniya XİN rəhbəri Liz Trass qeyd edib.