Daha iki rus hərbçisi Ukrayna Silahlı Qüvvələrinə təslim olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin ali baş komandanı Valeri Zalujnı məlumat yayıb.
“İşğalçılar təslim olurlar. Rus ordusunun hücum briqadasının kapitanları Mixoyev və Kasatkin təslim edilib”, - Zalujnı deyib.
Bundan əvvəl motoatıcı briqadanın bir tağımı Çerniqov yaxınlığında Ukrayna qüvvələrinə təslim olub.