25 Fevral 2022 14:17
1 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bütün bomba sığınacaqları şəhər sakinlərinin üzünə açıqdır. Rusiya hərbçiləri Melitopolda inzibati binaları və hüquq-mühafizə orqanlarını ələ keçirməyə və ya dağıtmağa çalışır. Şəhərdə bütün bomba sığınacaqları vətəndaşlarımıza açıqdır”.

Teleqraf.com xəbər verir ki, bunu Melitopol şəhərinin rəhbəri İqor Sudakov bəyan edib.

“Şəhərimiz üçün çox gərgin dövürdür. Düşmən Melitopolun inzibati binalarını və onların təhlükəsizlik qüvvələrini ələ keçirməyə və ya dağıtmağa çalışır. Evlərinizdə atışma və partlayış səsləri eşidirik . Hazrda küçə döyüşləri gedir”, - şəhər rəhbəri bildirib.

Eyni zamanda o, bütün bomba sığınacaqlarının və sadə sığınacaqların şəhər sakinlərinin üzünə açıq olduğuna diqqət çəkib.

“Nə qədər ki, sizin dəstəyinizə ehtiyacımız var - sosial şəbəkələrdə Ukrayna silahlı qüvvələrinin hərəkəti və ya ərazi müdafiəsi haqqında məlumat yerləşdirməyin, sakit olun. Yalnız sübut edilmiş informasiya kanallarına etibar edin və özünüzə diqqət edin”, - Sudakov çağırış edib.

Nikolayev şəhər rəhbəri Vitali Kim isə deyib ki, Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri sayəsində şəhəri rus ordusu ələ keçirə bilməyib: “İki gün əvvəl Nikolayevi itirə biləcəyimiz barədə məlumatlar var idi, lakin biz onu təslim etmədik. Bütün bunlar bizim hərbçilərimizin sayəsindədir. Müdafiə daha da gücləndiriləcək. Bütün hərbi struktur bölmələri ilə gücləndirmələrimiz var. Bütün təfərrüatları açıqlamayacağam. Hər kəsi ordumuza qoşulmağa, onu gücləndirməyə dəvət edirəm”.


Müəllif: Nemət

Oxşar xəbərlər