“Ukrayna Rusiyanın təcavüzünə qarşı müdafiə olunmağı dayandırmayacaq”.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
Bununla bağlı o, həmvətənlərini saxta təbliğatlara inanmamağa çağırıb.
“Sabahınız xeyir, ukraynalılar. İndi sosial şəbəkələrdə çoxlu saxta məlumatlar peyda olub, guya mən ordumuzu silahı yerə qoymağa çağırıram və buradan getməyə hazırlaşıram. Mən buradayam (Kiyevdə), silahı yerə qoymayacağıq, dövlətimizi müdafiə edəcəyik, çünki silahımız bizim həqiqətimizdir. Bu, bizim torpağımızdır, ölkəmizdir, övladlarımızdır və biz hamısını qoruyacağıq”, - dövlət başçısı söyləyib.