Ukraynanın Nazirlər Kabineti Rusiya və Belarusla dövlət sərhədində keçid məntəqələrinin müvəqqəti bağlanması barədə qərar qəbul edib.
Teleqraf.com-un məlumatına görə, bunu ölkənin baş naziri Denis Şmıqal açıqlayıb.
"Hökumət Rusiya və Belarusla dövlət sərhədində keçid məntəqələrini müvəqqəti bağlamaq qərarına gəlib", - deyə baş nazir bildirib.
Onun sözlərinə görə, hazırda bu ölkələrin ərazisində olan və vətənə qayıtmaq istəyən Ukrayna vətəndaşları ölkəyə maneəsiz daxil ola biləcəklər.