27 Fevral 2022 15:55
3 269
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiyanın Ukraynaya hücumu ilə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, o, Kiyevi tərk etmədən Rusiyaya qarşı döyüşən Ukrayna Prezidenti Vladimir Zelenskinin cəsur lider olduğunu deyib.

“Rusiyanın Ukraynaya hücumu dəhşətlidir. Ukrayna xalqı üçün dua edirik”, - eks-prezident bildirib.

O, Vladimir Putinin ABŞ Prezidenti Co Baydenin zəifliyindən istifadə edərək Ukraynaya hücum etdiyini söyləyib:

“Putin Baydeni çox asan oyuna gətirir. Hər kəsin bildiyi kimi, 2020-ci ildə keçirilən seçkilər saxtalaşdırılmasaydı, mən yenidən prezident olacaqdım. Əgər mən prezident seçilsəydim, bu dəhşətli fəlakət heç vaxt baş verməyəcəkdi”.

Rusiyanın Corc Buş dövründə Gürcüstanı, Barak Obama dövründə isə Krımı işğal etdiyini bildirən Tramp söyləyib: “XXI əsrdə yeganə adamam ki, Rusiya mənim dövrümə başqa ölkəyə təcavüz etməyib”.

O, Putini “ağıllı insan” adlandırıb: “Əsas problem budur ki, liderlərimiz axmaqdır, axmaqdır, axmaqdır”.

Trampın sözlərinə görə, prezidentliyi dövründə Ukraynaya tank əleyhinə silahların verilməsindən bu gün də hər kəs danışır: “Ağıllı ölkə idik, indi axmaq ölkəyik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər