28 Fevral 2022 14:35
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hərbi vəziyyət şəraitində döyüş əməliyyatlarında təcrübəsi olan bir sıra ukraynalılar həbsdən azad edilir, onların üzərindən bütün sanksiyalar götürülür.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Zelenski Teleqramda yayımladığı videomüraciətində deyib: “Mənəvi cəhətdən asan olmayan qərar verildi – hərbi vəziyyət şəraitində döyüşçülər, həqiqi döyüş təcrübəsi olan ukraynalılar həbsdən azad ediləcək və onlar öz günahlarını yuya biləcəklər”.

O, bütün sanksiyaların Ukrayna Silahlı Qüvvələrinin Donbasda əməliyyatına cəlb olunacaq şəxslərdən götürüldüyünü bildirib.

Bundan əvvəl Ukrayna Baş Prokurorluğu bəyan etmişdi ki, ölkə hərbi vəziyyət dövründə hərbi əməliyyatlarda iştirak etməyə hazır olan keçmiş hərbçiləri azadlıqdan məhrum etmə yerlərindən azad edir.


Müəllif: Səxavət

Oxşar xəbərlər