2 Mart 2022 11:51
1 370
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Sumı vilayətində ən çox Trostyanets şəhəri əziyyət çəkib. Rusiya hərbçiləri mağazalar və evləri qarət edirlər.

Teleqraf.com xəbər verir ki, bu barədə Sumı regional hərbi komandanlığının rəhbəri Dmitri Jivitski açıqlama verib.

“Sumı vilayətində ən çox Trostyanets şəhəri zərər çəkib. Düşmənin talanları ciddi sürət alıb. Onlar ərzaq və paltar mağazalarını qarət edirlər. Eləcə də evləri”, - Jivitski deyib.

O əlavə edib ki, rus əsgərləri mülki geyimə keçmək üçün ikinci əl mağazasını qarət ediblər:

“Bununla onların öz vətənlərinə qayıtmaq istədiklərini düşünürük”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər