2 Mart 2022 21:00
1 202
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tayvan lideri Tsay İnq-ven humanitar yardım səylərini dəstəkləmək üçün bir aylıq maaşını Ukraynaya bağışlayacağını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, partiyasının iclasında çıxış edən Tsay Ukrayna xalqının qətiyyətinin dünyanı və Tayvan xalqını hərəkətə gətirdiyini bildirib.

Dövlət başçısı qeyd edib ki, o, vitse-prezident Uilyam Lay və baş nazir Su Tsenq-çanla birlikdə bir aylıq maaşını Ukraynaya bağışlayacaq.

Tayvanın Ukraynanı tam dəstəklədiyini deyən Tsay Ukraynanı dəstəkləyən qlobal demokratiya qüvvələrinin böyüməsinə diqqət çəkib.

Tayvan Ukraynaya 27 ton tibbi ləvazimat verib və Rusiya ilə minimal ticari əlaqələrə malik olsa da, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarda iştirak etdiyini açıqlayıb.

Tayvan Çin tərəfindən işğalla hədələnir. ABŞ buna görə dəfələrlə Çinə etiraz edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər