Ukrayna Prezidenti Volodimit Zelenski Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqlara hazırdır.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidentinin Aparatı rəhbərinin müavini Andrey Sibiqa deyib.
"Biz müharibənin dayandırılması və sülh danışıqlarının tərəfdarıyıq. Ukrayna Prezidenti V.Putinlə birbaşa danışıqlara hazırdır. Və hər hansı bir gündəm məsələsi haqqında danışmaqdan qorxmur. Təbii ki, heç bir ultimatum olmadan və qətiyyətlə", - deyə A.Sibiqa bildirib.