Rusiya müharibədən əvvəl sərhədə cəmləşdirdiyi ordusunun 95 faizini Ukrayna torpaqlarına daxil edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Pentaqondan bildirilib.
Pentaqonun məlumatına görə, Rusiyanın işğaldan əvvəl Ukrayna sərhədləri yaxınlığında topladığı qüvvə və vasitələrinin 95%-i döyüşlərə cəlb olunub.
İki gün əvvəl bu göstərici təxminən 92% idi.
Eyni zamanda, Pentaqon Rusiya qoşunlarının ötən günlə müqayisədə əhəmiyyətli irəliləyişini hiss etməyib.