“Həftə sonu Rusiya qoşunları Ukraynada çox az irəliləyiş əldə etdi və planlaşdırdıqları məqsədlərinə çatmadılar”.
Teleqraf.com xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyatı “Twitter” səhifəsində bildirib.
“Rusiya qüvvələri yəqin ki, ötən həftə sonu quruda minimal irəliləyiş əldə edib. Rusiyanın bu günə qədər planlaşdırdığı məqsədlərinə uğurla nail olması ehtimalı çox azdır”, - Britaniya hərbi kəşfiyyatı qeyd edib.
Həmçinin əlavə edilib ki, Rusiya son 24 saat ərzində hərbi və mülki hədəflərə hava zərbələri endirməyə davam edir. Son zərbələr Xarkov, Çerniqov, Nikolayevə və xüsusilə Mariupola güclü zərbələr endirdi.