Rusiya nümayəndə heyəti Belarusa gəlib, yaxın vaxtlarda Ukrayna tərəfi ilə danışıqların aparılması gözlənilir.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Rusiya nümayəndə heyətinin Ukrayna tərəfi ilə görüşü planlaşdırıldığı kimi Belovejskaya Puşçada baş tutacaq.
Xatırladaq ki, bu, müharibənin getdiyi 12 gündə Rusiya və Ukrayna rəsmilərinin sayca üçüncü görüşüdür. İkinci görüş zamanı Xarkov, Kiyev, Mariopul şəhərlərində humanitar dəhlizin açılması razılaşdırılsa da, sonradan tərəflərin dəhliz xətti fərqli olduğundan anlaşılmazlıq yaranıb.