Gürcüstan DİN-in əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kvibisi kəndində “Borjomi” mineral suları istehsal edən 3 qanunsuz müəssisə aşkar ediblər.
“RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə DİN-in saytında bildirilir.
Məlumata görə, DİN-in əməkdaşları saxta mineral su ilə doldurulmuş 4650 butulka və saxtalaşdırılmanı təsdiqləyən digər əşyalar müsadirə ediblər.
Fakt üzrə istintaq aparılır.