İsrail Fələstinin böyük bir hissəsini müsəlman ərəblər üçün açıq həbsxanaya çevirib. Son aylar Qəzzada, Şərqi Qüdsdə və Qərbi Şəriyədə baş verənlər faktiki olaraq, İsrailin işğalı altında yaşayan fələstinlilərin güzəranının heç də xoş olmadığını söyləməyə əsas verir.
Fələstinlilərin yaşadığı Qərb Şəriyədəki Beyt İksa kəndi yəhudi məskunlaşma vahidləri və ayrı-seçkilik divarı ilə əhatə olunaraq, "açıq həbsxanaya" çevrilən belə məkanlardan biri sayılır. Qüdsdən 13 kilometr məsafədə olan Beyt İksaya kənd xaricində yaşayanların girməsinə icazə verilmir.
Teleqraf.com-un “TRT Haber” istinadən məlumatına görə, İsrail güclərinin girişdə nəzarət məntəqəsi qurduğu kəndə burada yaşayan 2500 fələstinlinin xaricində yalnız xüsusi icazəli kəslər girə bilir. Bu vəziyyət səbəbindən kəndlilər iqtisadi çətinliklə üzləşərək ətraf aləmlə əlaqə yaratmaqda çətinlik çəkirlər.
Beyt İksa kəndində yaşayan dələstinli cütçü Rəşad Avad baş verənləri belə şərh edib: "İsrailin məskunlaşma vahidləri səbəbindən kəndimiz açıq həbsxanaya döndü. Yolları bağladılar, torpaqlarımızı əlimizdən aldılar. Xalqı evlərindən zorla köçməyə vadar etdirmək istəyirlər. Ancaq nə edirlər, etsinlər. Biz burada qalacağıq".
Nail Cəlil