10 Mart 2022 08:46
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Visa və MasterCard beynəlxalq ödəniş sistemləri Rusiyada martın 10-da fəaliyyətini dayandırıb.

Teleqraf.com xəbər verir ki, Rusiya bankları tərəfindən buraxılmış bu ödəniş sistemlərinin bütün kartları əvvəlki kimi ölkə ərazisində işləməyə davam edəcək, lakin onların vasitəsiylə xaricdə ödəniş etmək mümkün olmayacaq.

Bundan əlavə, transsərhəd əməliyyatlar, xüsusilə, xarici onlayn mağazalarda alış-veriş üçün ödəniş də mümkün olmayacaq. Həmçinin, Visa və MasterCard kartlarından Apple Pay və Google Pay xidmətlərində istifadə etmək mümkün olmayacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər