10 Mart 2022 22:28
1 055
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tayvan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Syu Qo-szin Çinlə müharibənin hər iki tərəf üçün fəlakətli olacağını söyləyib.

Teleqraf.com xəbər verir ki, o, Tayvan boğazı və ətrafındakı hərbi fəallığı diqqətlə izlədiklərini bildirib.

“Heç kim müharibə istəmir. Belə bir ehtimalı bütün ölçüləri ilə nəzərdən keçirmək lazımdır. Əgər həqiqətən də müharibə başlasa, bu, hər iki tərəf üçün fəlakətli olacaq”, - nazirliyin rəsmisi deyib.

Çin Xalq Azadlıq Ordusunun (PLA) sözçüsü, polkovnik Vu Çen isə bölgədəki hərbi fəaliyyətin artırılmasının vacib olduğunu bildirib.

“ABŞ və Yaponiya Tayvan məsələsini təxribata çəkdikcə, biz milli suverenliyimizi və ərazi bütövlüyümüzü qorumaq üçün daha sərt tədbirlər görəcəyik”, - polkovnik qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər