11 Mart 2022 00:39
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emmanuel Makron Rusiya Prezidenti Vladimir Putinlə yenidən telefon danışığı aparacağını bəyan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Fransa lideri Avropa İttifaqının (Aİ) Versalda fövqəladə sammitinin açılışında deyib.

"Bu səhər Putinlə danışdıq. Yaxın 48 saat ərzində onunla yenidən söhbət etməyi planlaşdırırıq”, - Makron bildirib.

O, həmçinin Ukraynada atəşkəsə nail olmaq və münaqişədən çıxış yollarını tapmaq niyyətində olduğunu qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər